Ağ Evin «əkizi» olacaq

ABŞ-da ikinci prezident iqamətgahı tikiləcək
 

ABŞ Məxfi Xidməti Ağ Evin «əkizini» inşa etmək üçün hökumətdən 8 milyon dollarlıq büdcə istəyib. Bina xüsusi xidmət orqanlarının təlim keçməsi üçün nəzərdə tutulub. Qurum hesab edir ki, xəfiyyələr Vaşinqtondakı prezident rezidensiyasında baş verə biləcək hər hansı insidentə tam hazır olmalıdırlar. Bunun üçün isə ən yaxşı vasitə Ağ Evin eynisinin inşa olunmasıdır. Yeni binanın ABŞ-ın Merilənd ştatında tikilməsi planlaşdırılır. Məxfi Xidmətin əməkdaşları adətən burada təlim keçirlər. Təşkilatın rəhbəri Ceyms Klensi bildirib ki, nəzərdə tutulan təlimləri Ağ Evin özündə aparmaq mümkün deyil. Ona görə də hazırlıqlar üçün yeni binanın tikilməsinə ehtiyac var.
 
Gültəkin