Boris Nemtsovun qızı Janna Nemtsova atasının qətli ilə bağlı aparılan istintaqın gülməli və mənasız olduğunu deyib. Onun sözlərinə görə, atası bütün dinlərin nümayəndələrinə tolerant münasibət göstərib. «Çeçen xalqı ona hörmətlə yanaşırdı. Çünki o Çeçenistanda müharibəni saxlamaq üçün çalışırdı. 1996-cı ildə Nijni Novroqod vilayətinin qubernatoru olanda Çeçenistandakı müharibəyə qarşı 1 mln səs imza toplayıb», – deyə siyasətçinin qızı bildirib.
Qızının sözlərinə görə, Boris Nemtsovun fəaliyyəti İslama qarşı deyil, mövcud hakimiyyətə qarşı olub. Ona görə də istintaqın versiyası inandırıcı deyil.
azadlıq.info