Astana görüşü martın 12-13-də keçirilməli idi. Lakin martın 11-də Putinin səfəri təxirə saldığı məlum oldu. Kreml bununla bağlı rəsmi açıqlama verməsə də, yüksək rütbəli qazax məmurlarından biri təxirəsalınmanın Putinin xəstəliyi ilə əlaqəli ola biləсəyini dedi.
Məhz Astana görüşünün təxirə salınmasından sonra Putinin səhhəti ilə bağlı həm Rusiya, həm də dünya mediasında ən müxtəlif məlumatlar yayılmağa başladı. Media hətta Putinin dünyasını dəyişdiyi barədə də xəbərlər verdi. Rusiya prezidentinin mətbuat xidməti bu xəbərləri təkzib edərək Putinin səhhətinin ideal vəziyyətdə olduğunu desə də, sualların ardı-arası kəsilmədi. Bu gün V.Putinin Sankt-Peterburqda Qırğızıstan prezidenti ilə təyin olunan görüşü baş tutarsa, Kreml bütün şayiələrə nöqtə qoymuş olacaq. Lakin artıq bu görüşün də təxirə salındığı barədə məlumat gəzir. Bu məlumatın nə dərəcədə doğru olduğu isə yaxın saatlarda bəlli olacaq.
Gültəkin


