Putin göründü

Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayev arasındagörüşünün baş tutduğu barədə məlumat yayılıb. RİA Novosti xəbər verir ki, prezidentlər Konstantinovsk sarayında görüşüblər. Təxminən bir həftəlik fasilədən sonra Kreml rəhbəri jurnalistlər qarşısına çıxıb. Putin səhhəti barədə dolaşan şayiələrə şərh verib: “Dedi-qodusuz darıxdırıcı olardı”.
Putinin səhhəti barədə şayiələri Atambayev də şərh edib.
“Az əvvəl Vladimir Vladimiroviç məni Konstantinovsk sarayının ərazisində maşınla gəzdirdi, sükan arxasında özü idi" – deyə Qırğızıstan prezidenti əlavə edib.