Neft yenə ucuzlaşdı

Azərbaycanın yüngül neftinin qiyməti 56,86 dollar/barel təşkil edib
 
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 56,86 dollar/barel təşkil edib.
 
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, neftin qiyməti martın 12-nə nisbətən 2,01 dollar/barel azalıb.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 0,49 dollar azalaraq 54,18-ə düşüb.
 
Dünya bazarlarında WTI neftinin qiymətində də ucuzlaşma qeydə alınıb. 
 
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,68 dollar azalaraq 44,17-yə düşüb.