Milli Şuranın mitinqinə qarşı ucuz foto-təxribat

Milli Şuranın martın 15-də təşkil etdiyi “Talana son” mitinqinə qarşı təxribatlar aksiyadan sonra da davam edib. Hakimiyyət nümayəndələri və hakimiyyətin nəzarlətində olan media orqanları, sosial şəbəkələrdəki öyrədilmiş və saxta istifadəçilər mitinqi gözdən salan açıqlamar tirajlayır, mitinqçilərin seyrək şəkillərini yayırlar.
Bununla bağlı Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı özünün facebook səhifəsində münasibət paylaşıb. Onun cavabını təqdim edirik:

“15 mart mitinqi kütləvi keçdidyi üçün hakimiyyət pərt vəziyyətdədir. Hətta hər şeyi inkar etmək üzrə ixtisaslaşmış Siyavuş Novruzov belə, verdiyi açıqlamada mitinqin kütləviliyini inkar edə bilmədiyi üçün onu sadəcə şou adlandırmaqla öz aləmində gözdən salmağa çalışıb.
İndi də yeni təxribata əl atıblar. Mitinq başlamamış yuxarıdan çəkilmiş şəkillə iştirakçıların sayının az olduğunu göstərməyə çalışırlar. Mitinqdən çəkilən fotolarada açıq-aydın görünür ki, iştirakçılar stadionun yaşıl örtüyü olan sahəsini tutublar, ancaq yuxarıdan çəkildiyi idda olunan şəkildə yaşıl sahədə adamların yenicə yerləşməyə başaldığı, hələ aksiyanın başlamdığı görünür. Ümumiyyətlə, mitinqə gələnlər yaxşı bilir ki, heç bir kütləvi tədbirdə insanlar az, ya da çoxluğundan asılı olmayaraq bir birindən o qədər aralı durumurlar. Bu yalnız aksiya başlamazdan öncəki vəziyyətdə olur. Maraqlıdır ki, bu foto fb-də hakimiyətə bağlı saxta profillərdə və "Yeni Müsavat" qəzetində tirajlanır”.

Bununla bağlı tanınmış köşə yazarı Şahvələd Çobanoğlu da Facebook səhifəsində fikir bildirib:

"Mitinqin necə alınması ilə bağlı mənasız atmacalara çox baş qoşmayın. Bu mitinq əvvəlkilərdən xeyli gur alınmışdı – bunu kimsə dana bilməz. Köhnə hiylə var, bilirsiniz, mitinq başlamadan öncə, yəni adamlar təzə yığışmağa başladıqda fotolar çəkirlər və sonra bununla sübut etmək istəyirlər ki, aksiyada 600 adam vardı. Tanış böhtan üsuludur və çox köhnəlib. Onsuz da biz daha gur mitinq istəyirik. Meydan ağzınacan dolsun, ətrafda da insanlar sel olsun. Buna da ümid edirik… Mitinqi sayanlar isə gedib manatın qəpiyə düşdüyünü saysınlar. Bundan xalqa dəyən ziyanı saysınlar. Bu da uydurmadır? Buna da fotofakt istəyirlər?"