«Putinin və ya separatçıların Ukrayna məsələsində xoşməramlı olduğunu deyənlər ya sadəlövhdür, ya da ikiüzlü». Bu bəyanatla Avropa Birliyi Şurasının prezidenti Donald Tusk çıxış edib: «Putinin siyasəti bizim çətin danışıqlarımızdan qat-qat bəsitdir. O, Karl Şmittin (Almaniyalı hüquqşünas, filosof, 20-ci əsrin siyasi nəzəriyyəçisi, siyasi hakimiyyət və siyasi zorakılığa dair bir neçə kitabın müəllifi-red:) çox yaxşı tələbəsi sayıla bilər. Çünki onun məntiqi ilə hərəkət edir. Birinisi, düşmənlərin olmalıdır. İkincisi, sən onlardan güclü olmalısan. Üçüncüsü də münaqişə yaradıb onları məhv etməlisən».
Tusk bildirib ki, Ukrayna öz sərhədlərinə tam nəzarəti bərpa edənə qədər Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları davam etdirməlidir: «Əgər ilin sonuna qədər Kiyev sərhədlərinə nəzarət imkanını qazansa, bu, Minsk razılaşmasının digər bəndlərinin də müsbət icra vəziyyətindən xəbər verəcək. Minsk razılaşması yalnız Rusiyaya təzyiqi saxlamaqla icra oluna bilər».
Gültəkin


