Ukrayna Prokurorluğu Krım rəhbərliyinin əmlakına həbs qoyub. Siyahıda Krımın rəhbəri Sergey Aksenov, Ali Şuranın spikeri Vladimir Konstantinov və bir neçə deputat var. Həbs qərarı krımlı məmurların həm daşınan, həm daşınmaz əmlakı ilə bağlı çıxarılıb. Siyahıda 67 nəqliyyat vasitəsi, 70 yaşayış və qeyri-yaşayış binası var. Həbs olunan əmlakın ümumi dəyəri Ukrayna pulu ilə 1 milyard 200 milyondur.
Prokurorluq hələ ötən ilin sentyabrında Krımdakı seçkilərlə bağlı hakimiyyətin zorla dəyişdirilməsi və ələ keçirilməsi maddələri üzrə cinayət işi başlatmışdı. Rusiya Mərkəzi Seçki Komissiyası isə Krımdakı seçkilərin baş tutduğunu, nəticələri tanıdığını bəyan etmişdi.
Gültəkin