ABŞ-ın dövlət katibi Con Kerrinin Əsədlə bağlı açıqlaması müttəfiqlər arasında müəyyən narahatlığa səbəb olub. Artıq İngiltərə və Fransa Xairci İşlər Nazirlikləri bu açıqlamadan sonra Əsədin gələcək taleyilə bağlı ölkələrinin mövqeyini ifadə ediblər. Fransa Xarici İşlər Nazirliyinin münasibəti belə olub: "Bəşər Əsədin hal- hazırda aparılan danışıqlar çərçivəsində yeri yoxdur. Bizim mövqeyimiz bundan ibarətdir". İngiltərənin Xarici İşlər Nazirliyinin sözçüsü isə Kerrinin açıqlamasından sonra Əsəd hakimiyyətilə bağlı daha sərt danışıb: "Əsədin Suriyanın gələcəyində yeri yoxdur. Xarici işlər nazirimizin keçən həftə bildirdiyi kimi, Əsəd vəzifədən gedənə və şiddəti durdurdurmayana qədər bu rejimə qarşı sanksiyalardan, eyni zamanda, müxtəlif təzyiq formalarından istifadə edəcəyik". azadliq.info


