Stokholm Dünya Problemlərinin Tədqiqi Beynəlxalq Institutu 2010-2014-cü illərdə dünya silah ticarəti ilə bağlı növbəti hesabatını yayımlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hesabat 2010-2014-cü illərin statistikasını əhatə edib. Stokholm institutu dünyanın əsas silah ixracatçılarının ABŞ, Rusiya, Çin, Almaniya və Fransa olduğunu müəyyən edib. Bu “beşlik” silah bazarındakı 74 faiz sövdələşmədə tərəf kimi çıxış edib. Son 5 ildə dünyada satılan silahların 58 faizi təkcə ABŞ və Rusiyanın payına düşür.
2010-2014-cü illər ərzində ABŞ hərbi təyinatlı məhsulların ixracını 23 faiz artırıb və silah bazarının 31 faizinə sahiblənib. ABŞ dünyanın 94 ölkəsinə silah satır. Bu satışının 48 faizi Asiya və Okeaniya bölgəsinə, 32 faizi Yaxın Şərqə ÿvə 11 faizi isə Avropanın payına düşür. ÿ
Siyahıda 2-ci yeri tutan Rusiya isə dünya silah bazarında 27 faiz paya sahibdir. Şimal qonşumuz ötən 5 ildə xaricə silah satışını 37 faiz artırıb. 56 ölkəyə hərbi məhsul icra verən Rusiya bütün satışların 60 faizini Hindistan, Əlcəzair və Çinə edib. Ümumiyyətlə, Rusiyanın satdığı silahların 66 faizi Asiya və Okeaniya, 12 faizi Afrika və 10 faizi Yaxın Şərq bölgəsinin payına düşür.
Stokholm Beynəlxalq Institutunun siyahısında 3-cü pilləni tutan Çin isə dünyada satılan silahların 5 faizini istehsal edir. 2010-2014-cü illərdə Çin xaricə silah satışını 143 faiz artırıb. Çin hərbi sənayesinin istehsal etdiyi məhsulların 41 faizini Pakistan əldə edir. Bundan başqa, Banqladeş, Myanma və 18 Afrika dövləti də Çin silahlarının daimi alıcılarıdır.