Mənbə qeyd edib ki, məsələnin kökündə qiymət artımı dayanır. “Depolara tapşırılıb ki, bir müddət dərmanın qiymətində artım etməsinlər. Lakin bu mümkün deyil. Çünki ölkəyə dərman xaricdən idxal olunur. Dolların bahalaşması avtomatik olaraq digər idxal malları kimi dərmanın da qiymətinin artmasına səbəb olub. Amma depolara tapşırıq gəldiyi üçün qiyməti qaldıra bilmirlər. Bunun əvəzində apteklərə dərman verilməsini dayandırıblar. Müəyyən olunmuş müddət bitdikdən sonra dərmanlar baha qiymətə apteklərə veriləcək”,- deyə mənbə bildirib.
Apteklərə dərman verilməsi dayandırılıb
•