Tanınmış dissident Nadir Ağayev Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqdə fəal iştiraka çağırıb. N.Ağayev hesab edir ki, hamı bir nəfər kimi 15 mart mitinqinə qatılmalıdır, əks təqdirdə milləti böyük iqtisadi fəlakət gözləyir. O, “Azadlıq” qəzetinə açıqlamasında deyib:
“Milli Şura xalqdan gələn sifarişi dəyərləndirərək, mitinq təyin edib. Ölkədə hökm sürən hər bir özbaşınalıqlara, korrupsiyaya, rüşvətə, talana yox demək üçün böyük bir fürsət yaranıb. 15 mart mitinqinin məsuliyyəti böyükdur. Xalq bu aksiyaya biganə qalsa, hakimiyyət talançı siyasətini davam etdirəcək. Hər bir vətəndaşı “Talana son” mitinqində iştiraka səsləyirəm”