
AXCP sədrinin facebook səhifəsində paylaşdığı plakat böyük marağa səbəb oldu
AXCP sədri Əli Kərimli 15 mart mitinqi ilə bağlı facebook səhifəsində orijinal paylaşım edib. Paylaşım ölkə müxalifətinin bu mitinqlə nələrə etiraz və nələri tələb etdiyini göstərən plakatdan ibarətdir. Plakat belə bir qeydlə paylaşılıb:
“Siz də bu etirazlara qoşulursunuzsa, bu tələblərlə razısınızsa, 15 mart, saat 15:00-da “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyasının yaxınlığında) keçirəcəyimiz mitinqə gəlin! Gəlin ki, səsiniz eşidilsin!
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb”.
AXCP sədrinin bu statusu böyük maraqla qarşılanıb.



