Rusiya prezidentinin Kabayevadan uşağı dünyaya gəlib
Rusiya və dünya mediasının gündəmini zəbt edən Rusiya prezidenti Vladimir Putinlə bağlı bir həftədən artıq hökm sürən müamma deyəsən, çözülməyə başlayır. İsveçrənin "Neue Zurcher Zeytunuq" qəzeti xəbər verir ki, Putin nə ölüb, nə də xəstələnib. Onun günlərdir üzə çıxmamasının səbəbi yenidən ata olmağıdır. Məlumata görə, Rusiya prezidentinin Alina Kabayevadan övladı dünyaya gəlib. Körpə İsveçrədəki xəstəxanalardan birində doğulub. Keçmiş idmançının bir neçə gün əvvəl «Müqəddəs Anna» adını daşıyan nüfuzlu doğum evində qeydiyyatdan keçdiyi bildirilir. Bu barədə İsveçrənin «Blick» nəşri məlumat yayıb. Nəşr onu da əlavə edib ki, Kabayevanın ana olması xəbəri əbədi olaraq sirr saxlanıla bilər: «Bir çox varlı ruslar tibbi xidmətlər üçün məhz bu xəstəxanaya müraciət edirlər. Görünür, Putin Kabayevanı xaricə göndərməklə onu yerli KİV-lərdən qorumağa çalışıb. Yaxud da Kabayeva ilə münasibətlərini sirr kimi saxlayır».
Gültəkin