BP şirkəti və Trans-Anadolu boru kəməri (TANAP) konsorsiumu arasında bu gün Türkiyədə sənəd imzalanıb. Trend "TRT Haber"-ə istinadən xəbər verir ki, sənədə əsasən, şirkət TANAP-ın səhmdarlarının tərkibinə daxil olacaq. Razılaşmaya əsasən, BP layihədə 12 faizlik paya sahib olacaq. BP şirkəti "Şahdəniz Mərhələ 2" layihəsinə 10 mlrd. ABŞ dolları yatırıb.
Bunu "Financial Times" qəzetinə BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel bildirib.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.


