
Gələcək Azərbaycan Partiyası (GAP) martın 15-də Milli Şurasının təşkilatçılığı ilə keçiriləcək mitinqə dəstək olmağa çağırır. Partiya rəhbərliyi martın 13-də keçridiyi toplantıda bununla bağlı müraciət qəbul edib. Müraciətdə deyilir:
“Demokratik Qüvvələrin Milli Şurasının təşkilatçılığı ilə 15 mart 2015-ci il tarixinə “Talana son!” tələbi ilə keçiriləcək mitinqə biz GAP olaraq öz dəstəyimizi ifadə edir, özünü real müxalif qurum hesab edən bütün ictimai-siyasi təşkilatları, birlikləri, siyasi partiyaları, talan olunan bütün Azərbaycan xalqını Demokratik Qüvvələrin Milli Şurasının təşkilatçılığı ilə keçiriləcək mitinqə dəstək olmağa çağırırıq!
Xalq olaraq bizim öz sözümüzü deməyin əsil zamanı yetişimişdir. Biz bir xalq olaraq ölkədə baş verən və hər birimizin ailəsinin büdcəsinə mənfi mənada böyük təsir göstərmiş məlum TALANA hamılıqla dur deməsək qarşıdakı aylarda daha acınacaqlı günlər yaşamağa məhkum olacağıq! Bu səbəbdən hər kəsi Meydanda bir olmağa və Talana bir yerdə dur deməyə çağırırıq!”.
GAP 15 mart mitinqində partiya kimi hamılıqla iştirak etməklə bağlı da qərar verib.
![]()



