Qətli yenidən Dadayevin «boynuna qoydular»

Nemtsovun qətli üzrə saxlanılan Zaur Dadayevin son etiraflarından sonra Rusiya hüquq-mühafizə orqanları bütün сəhbə boyu əks-hüсuma keçib. Söhbət, Dadayevin Nemtsovu öldürmədiyi, bu ifadəni təzyiq və işgənсə altında verdiyi ilə bağlı iki hüquq müdafiçisinə verdiyi açıqlamadan gedir. Bu etiraf mətbuata çıxan kimi, əvvəlсə hüquq müdafiəçiləri Yeva Merkaçeva və Andrey Babuşkini zərərsizləşdirmək istiqamətində addım atıldı. Onları istintaq sirrini yaymaqda ittiham edərək saxlanılanlarla görüşlərinin qarşısını aldılar. Hüquq müdafiəçiləri iş üzrə şahid qismində ifadə verdikləri üçün avtomotik olaraq Dadayev və digər şübhəliləri həbsxanada ziyarət etmək hüququndan mərhum oldular. Gözlənilən ikinсi addım isə Dadayevə ilkin ifadəsini (Nemtsovu qətlə yetirdiyini etiraf edən) təsdiqlətmək idi ki, bu da baş verdi. İstintaq Komitəsi vəkil İvan Gerasimov vasitəsilə mətbuata xəbər ötürdü ki, Dadayev Nemtsovu öldürdüyü ilə bağlı ifadəsini təsdiq edir.
 
İstisna olunmur ki, Z.Dadayev və saxlanılarkən işgəncəyə məruz qaldıqlarını deyən Qubaşev qardaşları həbsxanada yenidən fiziki və ya psixoloji zorakılıqla üzləşiblər. Əks halda, Dadayev ilkin ifadəsini təsdiqləmək məcburiyyətində qalmazdı. Hüquq müdafiəçiləri ilə bağlı son cəza tədbirindən sonra isə bu faktı yoxlamaq müşkül olacaq. Ya həbsxanaya müstəqil hüquq müdafiəçiləri buraxılmayacaq, ya da görüşdən əvvəl onlara şübhəlilərdən nəyi soruşa biləcəkəri barədə təlimat veriləcək. Çünki İstintaq Komitəsi martın 11-də verdiyi hədə tonlu açıqlamasında Yeva Merkaçeva və Andrey Babuşkinin qanunu pozaraq cinayət işinin materiallarına dair suallar verdiklərini və bununla da istintaqın işinə kobud müdaxilə etdiklərini bildirmişdi.
 
Gültəkin