Xocalı rayonundan məcburi köçkün olan və hazırda Bərdədə məskunlaşan Intiqam Türbəndiyevin şikayətiylə əlaqədar qəzetimizin ötən saylarında material dərc edilib. Şikayətçi Bərdə doğum evində övladına qarşı olan münasibətdən şikayətçi olduğunu söyləyərək prezident Ilham Əliyevin məsələylə yaxından maraqlanmasını xahiş edib. 06.01.2013-cü il tarixində Bərdə doğum evində mama-ginekoloq Xuraman həkimin həyat yoldaşına qarşı uğursuz bir doğuş həyata keçirdiyini deyən I.Türbəndiyev həkim məsuliyyətsizliyi nəticəsində övladının hazırda Bakı nevroloji xəstəxanasında müalicəsinin davam etdirildiyini bildirir:
“Səhiyyə Nazirliyi və digər qurumlar məsələni araşdırmır. Bərdə rayon prokurorluğuna dəfələrlə vəsatət versəm də bu işlə maraqlanan yoxdur. Mən bu ölkənin vətəndaşı deyiləmmi? Iki ilə yaxındır ki, mənim şikayətimə baxan yoxdur. Ona görə də martın 12-də iki azyaşlı övladımla birlikdə Prezident Administrasiyasının qarşısında intihar edəcəyəm. Prezidentdən ailəmizin problemini həll etməsini xahiş edirəm”.
Sosial şöbə