Bakıda qadın özünü 8-ci mərtəbədən atmaq istədi

Bakı sakini intihara cəhd edib.
 
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dadaş Bünyadzadə küçəsi ev 15-də qeydə alınıb.
 
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Samirə Zülfəli qızı Əliyeva ailə münaqişəsi zəminində özünü binanın 8-ci mərtəbəsindən atacağını bildirib. Əraziyə gələn Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Bölməsinin əməkdaşlarının apardığı profilaktik söhbət nəticəsində S.Əliyeva fikrindən daşındırılıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.