ABŞ Ukrayna böhranındakı roluna görə vizavə maliyyə sanksiyalarının tətbiq ediləcəyi şəxslərin və təşkilatların siyahısını genişləndirib. Sanksiyaların təsirinə məruz qalanlar arasında filosof Aleksandr Duqin, separatçı Donestk respublikasından olan səhra komandiri Aleksandr Xodakovski, Krımın daxili işlər naziri Sergey Abisov, Ukraynanın keçmiş baş naziri Sergey Arbuzov, Ukraynanın keçmiş səhiyyə naziri Raisa Boqatıreva, separatçı Donetsk respublikasının xarici işlər nazirinin müavini Yekaterina Qubareva, separatçı Luqansk respublikasının daxili işlər naziri Yuri İvakin, separatçı rejimin məmurlarından Pavel Kanişev, sosial məsələlər üzrə baş nazirin müavini Aleksandr Karaman, Avrasiya gənclər ittifaqı, və Rusiya Milli Kommersiya Bankı (RMKB) da var. RMKB-nın Krımda filialları fəaliyyət göstərir.
azadlıq.info