
Apple şirkətinin icraçı direktoru Tim Kuk bildirib ki, istifadəçilər Apple saatı vasitəsi ilə zəng edə, emaillərini yoxlaya və musiqi dinləyə biləcəklər.
Şirkət San-Fransisko şəhərində yeni məhsulunun təqdimatını keçirib. Ən ucuz modelin qiymətinin 349 dollar olacağı gözlənilir. Ən bahalı isə 19 karat qızıldan hazırlanmış olan saat 10 min dollara satışa çıxarılacaq. Saatın satışına gələn aydan etibarən başlanması gözlənilir.
Bəzi iqtisadçılar şirkətin ilk bir il ərzində 8 – 18 milyon ədəd satış həyata keçirəcəyini ehtimal edir. (amerikaninsesi.org)