Siyasi məhbuslar olimpiya oyunları öncəsi aclıq aksiyası keçirəcək

Oqtay Gülalıyev: «Həmin ərəfədə ölkəyə gələn mətbuat nümayəndələrinə bu problem barədə məlumat verəcəyik»

 
Siyasi məhbusların Olimpiya Oyunları öncəsi aclıq aksiyası keçirəcəkləri barədə xəbərlər yayılıb. Müsavat başqanının müavini, hazırda həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Yaqublu siyasi məhkumların müddətsiz aclıq aksiyasına başlayacaqlarını bildirib. Qeyd edək ki, siyasi motivlərə görə həbsdə olan məhbuslara qəzetlərin verilməsi problemi davam edir.
1 saylı Bakı Istintaq Təcridxanası və “zon”larda siyasi məhbuslar mətbuat üzünə həsrət qalıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə dəfələrlə ünvanlanan müraciətlərə cavab vermir. Məlumatda o da bildirilir ki, bəzi yerlərdə məhbuslara müxalifyönlü qəzetlər verilsə də, onlara aid olan məlumatlar kəsilib götürülür. Burada məqsəd onları cəmiyyətdən tamam təcrid etməkdir.
Bu cür problemlərlə üzləşdiklərinə və qanunsuz həbsdə saxlanıldıqlarına görə, məhbusların Avropa Yay Olimpiya Oyunlarının keçirilməsinə 10 gün qalmış müddətsiz aclıq aksiyalarına başlayacaqları barədə xəbərlər dolaşır.
Hazırda həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu sosial şəbəkələrdə status paylaşıb: “Yenə də məhbuslara qəzetləri mütəmadi vermirlər. Bəzən həftədə 2 dəfə, bəzən isə heç çatdırmırlar. Siyasi məhbuslara verilən qəzetlərdə onlara aid olan səhifələr və ya materiallar kəsilib götürülür. Beləcə, məhbuslar adlarının çəkildiyi yazıları, öz barələrindəki məlumatları oxuya bilmirlər. Aldığım məlumata görə, Avropa Oyunlarina 10 gün qalmış istintaq dövrü bitmiş və iş almış siyasi məhkumlar müddətsiz aclıq aksiyasına başlayacaqlarını bildiriblər”.
“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru Oqtay Gülalıyev təmsil etdiyi təşkilatın Avropa Oyunları öncəsi və bütün dövr ərzində siyasi məhbusların hüquqlarının müdafiəsiylə bağlı müəyyən addımlar atacağını bildirir. Oqtay bəy əsas məsələlərdən biri kimi beynəlxalq təşkilatlarla işinÿqurulacağını deyir:
“Təbii ki, həmin ərəfədə ölkəyə gələn mətbuat nümayəndələriylə geniş iş aparılacaq, siyasi məhbuslarla bağlı problemin diqqətdə olması onlara çatdırılacaq. Müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə iş gedir və yaxın vaxtlarda bunu tamamlayıb əsaslı məlumat verəcəyik”.
Nigar