“Döyə-döyə boynuma qoydular”

Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev ona qarşı irəli sürülən ittihamları rədd edib. Dadayev Rusiyanın məcburi saxlanma məntəqələrində insan hüquqlarının vəziyyətini araşdıran İctimai Nəzarət Komissiyasının üzvləri "Lefortovo" istintaq təcridxanasında olarkən rədd etdiyini bildirib. Dadaev bu qətlin onu döyərək boynuna qoyulduğunu bildirib. "Mən düşündüm ki, Moskvada məhkəmədə bütün həqiqəti deyə biləcəm. Lakin hətta hakim mənə söz vermədi. Günahkar deyiləm. Məni tutarkən dostum yanımda idi. Onu hər şeyi boynuma alacağım halda buraxacaqlarını bildirdilər. Hər gün başıma kisə keçirərək döyürdülər ", – Dadayev bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Moskva Basman məhkəməsinin hakimi Zaur Dadayevin cinayətdə iştirakını etiraf etdiyini bildirmişdi.
 
(ans)