Putin Krımın işğalını etiraf edib

Rusiya prezidenti Vladimir Putin Krımın işğalı ilə bağlı əməliyyatın detallarını açıqlayıb. Putin bu planın 2014-ğü ilin fevralın 23-də, Yanukoviç Ukraynadan qaçarkən hazırlandığını deyib. Putinin sözlərinə görə, o, xüsusi xidmət orqanları, müdafiə nazirliyi rəhbərliyini Kremlə dəvət edib və onların qarşısına Ukrayna prezidentinin həyatını xilas etmək məsələsini qoyub. "Orada danışıqlar uzun müddət davam etməsin deyə iriçaplı pulemyot qoyulmuşdu. Biz onu birbaşa Donetskdən su, dəniz və havadan qəbul etməyə hazırlaşmışdıq. Bu fevralın 22-dən 23-nə keçən gecə baş verdi. Biz bu işi səhər saat 7-yə yaxın başa çatdırdıq. Və ayrılarkən mən öz həmkarlarıma dedim: biz Krımın Rusiyanın tərkibinə aytarmaq üçn işə başlamalıyıq", – deyə Rusiya prezidenti bildirib.