Boris Nemtsovun qətli ilə bağlı Çeçenistanda daha iki nəfər saxlanılıb. Bu barədə “Rosbalt” agentliyi məlumat yayıb. Hələlik onların həbs edilib edilməyəcəyi məlum deyil. Saxlanılanların adları açıqlanmasa da, onlardan birinin Çeçenistanın güc strukturlarının birində çalışan yüksək rütbəli məmurun yaxın qohumu olduğu deyilir.
azadlıq.info