“Diktatorların “sabitlik” tələsinə düşməyəcəyik”

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Avropa Birliyinin təhlükəsizlik siyasəti və xarici məsələlər üzrə ali komissarı Federika Mogerini, əsasən demokratiya, insan haqları problemlərinə toxunub. Mogerni demokratiyanın olmadığı yerdə təhlükəsizliyin təmin olunmasının mümkünsüz olduğunu bildirib: "Demokratiya olmadan sabitlik yoxdur. İnsan hüquqları qorunmdan heç bir təminatdan söhbət gedə bilməz. Sabitlik və təhlükəsizlik üçün ədalətli mühakimə sistemi, qanunun aliliyi və korrupsiya ilə mübarizə üçün isə yaxşı idarəçilik lazımdır".

Mogerini eyni zamanda, təhlükəsizlik və sabitlik adı altında xalqları zülüm altında saxlayan, onları hər cür hüquqlardan məhrum edən diktatorlara da lazım olan mesajı çatdırıb. O, belə bəhanələrə aldanmaycaqlarını bildirib: "Təhlükəsizlik və sabitlik bəhanəsilə insan hüquqlarını pozmaq ciddi problemidir və biz bu tələyə əsla düşməyəcəyik. Uzunmüddətli sabitlik və təhlükəsizlik ancaq insan hüquqları və azadlıqlarla əldə edilə bilər”,- deyə Mogerini bildirib. 

azadliq.info