Rusiya 2014-cü ildə 10 milyard dollarlıq silah satışı ilə ABŞ-dan sonra ikinci sıradadır. Dünyanın ən çox silah ixrac edən ölkəsi isə ABŞ-dır. ABŞ 23,7 milyard dollar dəyərində silah ixracı ilə dünya liderliyini qoruyur. Rusiya 2014-cü ildə silah ixracatını 9, ABŞ isə 19 faiz artırıb. Rusiyadan keçən il Çin 2,3 milyard dollar, Hindistan 1,7 milyard dollar, Vyetnam və Venesuela 1 milyard dollar dəyərində silah alışı reallaşdırıb. Yaxın Şərq ölkələri isə 1,5 milyard dollarlıq alışla Rusiyanın əhəmiyyətli alıcıları arasında yer alır. Silah satışına görə sonrakı yerləri 4,9 milyard dollarlıq satışla Fransa, 4,1 milyard dollarla İngiltərə və 3,5 milyard dollarlıq satışla Almaniya tutur. Silah ixracatını ən çox artıran ölkə isə İngiltərədir. Bu ölkə 2014-cü ildə silah ixracatını 45 faziə qədər artırıb.
azadliq.info