İran Qərblə anlaşdı

İran və Tehranın nüvə proqramına dair beynəlxalq vasitəçilər Arak şəhərində nüvə reaktoru məsələsini razılaşdıra bilib. İranın nüvə enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, reaktorun konstruksiyası dəyişdiriləcək. O həmçinin əlavə edib ki, reaktorun modifikasiyasından sonra beynəlxalq vasitəsilərin bu layihəyə dair narahatçılığı qalmır. «Bu bənd danışıqların ən mürəkkəb məqamı idi, ancaq  İranın məntiqli texniki təklifləri hesabına qarşı tərəfi inandırmaq mümkün oldu ki, problem nizamlanıb», –  deyə Salehi əlavə edib. 
Arakdakı reaktorun işinin məhdudlaşdırılması İranla beyləlxalq «altılıq» (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) arasında danışıqların əsas məqamı idi. 
azadlıq.info