
Boris Nemtsovun böyük qızı Janna Nemtsova Almaniyanın Bild am Sonntag qəzetinə müsahibəsində bildirib ki, atasının qətlində Rusiya hakimiyyətinin günahkar olduğunu deyib. «Əminəm ki, bu sifarişli qətldir», – deyə o bildirib.
Janna Nemtsova əmindir ki, qətli hakimiyyətin dəstəyi ilə həyata keçirilib və icraçılar cəzalanmayacaq. «Onu Kremlə qarşı çıxdığına görə öldürdülər. Bu hər kəsə aydındır», – siyasətçinin qızı qeyd edib.
Janna Nemtsova cinayətin üstünün açılmayacaağına da əmindir: «Kimisə cazalandıracaqla, ancaq bu əsl günahkar olmayacaq».
Boris Nemtsovun qızı atasının qətlinin Rusiya müxalifətinə ciddi zərbə olduğunu da vurğulayıb: «Mən Rusiyada müxalif siyasətçi görmürəm. Müxalifət öz liderini itirdi».
azadlıq.info