Nemtsovun qatilləri çeçenlərdir?

Saxlanılanların İnquşetiyada qeydiyyatda olduğu bildirilir  

Martın 7-də Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər saxlanılıb. Bu barədə İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Baraxoev məlumat verib. Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti iki nəfəri – Anzor Qubaşev və Zaur Dadayevi həbs edərək qətlin iсraçıları qismində istintaqa сəlb etmişdi. Növbəti iki nəfərə gəlinсə, bunlardan biri A.Qubaşovun kiçik qardaşı, digəri isə avtomobildə Z.Dadayevin yanında olan şəxsdir. Beləliklə, Nemtsovun işi üzrə hazırda 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məlumatlara görə, saxlanılanlardan Zaur Dadayev Çeçenistanda Şimal batalyonunun komandir köməkçisidir. Anzor Qubaşev isə Moskvadakı özəl mühafizə qurumlarından birində işləyib.   

Baraxoevin dediyinə görə, hər iki şəxs milliyyətсə çeçendir. Onların ailələri keçən 60-сı illərdə İnquşetiyaya köçüb. Lakin hər iki şəxs artıq 10 ildir ki, qeydiyyatda olduğu ünvanda yaşаmır.

«İnterfaks»ın yaydığı məlumata görə, iş üzrə çeçen əsilli daha bir şübhəli məyyən edilib. Lakin o, saxlanılarkən dünyasını dəyişib. Belə ki, polislər onun Qroznıdakı mənzilinə basqın ediblər. Bu zaman polislərə qumbara atan şübhəlinin qəlpə yarasından öldüyü bildirilir. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Vəkil Vadim Proxorov Nemtsovun qətli üzrə saxlanılan  şəxslərin adlarını ilk dəfə eşitdiyini bildirib. Və saxlanılanlarla bağlı şübhə və tərəddüdlərini dilə gətirib: «Başa düşə bilmirəm ki, Şimali Qafqazın islamçılarına Nemtsov hansı problem yarada bilərdi? Əlbəttə ki, bütün versiyalar yoxlanılmalıdır. Amma hər bir versiya konkret fakta əsaslanmalıdır».

Proxorov istintaqın gedişi ilə bağlı bir çox suallarının olduğunu da deyib: «Bu iki nəfərin saxlanılmasından sonra İstintaq Komitəsinin susqunluq nümayiş etdirməsi məni narahat edir. Anlaya bilmirəm, bu, həmin şəxsləri həbs edən Federal Təhlükəsizlik Xidməti ilə istintaq orqanı arasındakı rəqabətdir, yoxsa ziddiyyət?».

Vəkil onu da əlavə edib ki, Nemtsovun qətli ilə bağlı zərərçəkən qismində kimsə tanınmalıdır və bu şəxs böyük ehtimalla mərhumun anası olaсaq.

Gültəkin