İtalyan sənətkar Peter Demets heykəllərə "həyat vermək"lə məşğuldur. 45 yaşlı P.Demets ağacdan düzəltdiyi heykəllərlə şöhrət qazanıb. Onun əsərlərinə baxanlar sanki qarşılarında canlı insan görürlər. Ağacdan əsasən insan fiqurları düzəldən dülgər – heykəltəraşın dünyanın müxtəlif ölkələrində sərgiləri də açılıb (Trend).