Avropa vahid ordu qurmaq istəyir

Jan-Klod Yunker: «Bu ordu Rusiyaya başa salacaq ki…»
 

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropada vahid ordunun yaradılması təklifi ilə çıxış edib. Yunker hesab edir ki, bu halda Avropanın üzv ölkələrdə, eləcə də qonşu dövlətlərdə sülhə təhlükə yaradan addımlara daha qətiyyətli cavab vermək imkanı olacaq: «Əlbəttə ki, bu ordunu bir anda yaratmaq mümkün deyil. Lakin belə bir ordu Rusiyaya başa salacaq ki, biz Avropa Birliyi dəyərlərinin təminatına çox ciddi yanaşırıq. Bu ordu həm də simvolik məna daşıyacaq ki, Avropa Biriyi ölkələri arasında heç vaxt savaş olmayacaq. Söhbət, NATO ilə rəqabətə girməkdən yox, Avropanın dünyada baş verənlərlə bağlı üzərinə daha çox məsuliyyət götürə bilməsindən gedir».
 
Gültəkin