Rusiyanın müxalifət qüvvələri aprelin 19-da Moskvada etiraz aksiyası keçirməyi planlaşdırır. Bu haqda həmrəylik hərəkatının Moskva şöbəsinin həmsədri Petr Tsarkov bildirib. O qeyd edib ki, ilkin olaraq aksiyanı “Qəzəb və ləyaqət yürüşü” adlandırmaq qərara alınıb. Hələlik yürüşün yeri, forması və tələblər barədə məlumat verilmir. O qeyd edib ki, aksiyanın təşkilatçıları olan PARNAS partiyası ilə Həmrəylik hərəkatı yürüşün şəhərin mərkəzində keçirilməsinə çalışacaqlar. Bundan əvvəl, martın 1-nə nəzərdə tutulan “Bahar” yürüşü fevralın 27-də müxalifət lideri Boris Nemtsovun qətlinə görə təxirə salındı. Bunun əvəzinə Moskvanın mərkəzində Nemtsovun xatirəsinə çoxminlik mitinq keçirildi. (ans)


