
"Report"ın yaydığı xəbərə görə, bu barədə jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib.
O bildirib ki, stadion Gənclər və İdman Nazirliyinə ən yüksək standartlara uyğun vəziyyətdə təhvil verilib.
R.Abdullayev arenanın çökdüyü barədə xəbərləri təkzib edib:
"Hamısı boş şeydir, şayiədir. Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Mən də bu şayiələri eşitdim. Bu, Azərbaycanda təşkil olunacaq nüfuzlu yarışa növbəti dəfə qara yaxmaq cəhdidir".