Türkiyənin hazırkı prezidenti Rəсəb Tayyib Ərdoğan A.Gülün yenidən siyasətə qayıtmaq qərarına münasibət bildirib. Ərdoğan deyib ki, namizəd olub-olmamaq Gülün öz iradəsindən asılı məsələdir: «Mən keçən həftə özü ilə də danışmışam. Bilirsiniz ki, hörmətli atasının – böyüyümüzün səhhətində problem yaranıb, xəstəxanaya yerləşdirilib. Abdullah bəy də bununla bağlı Kaysəriyə getmişdi. Оna zəng etdim, atasına şəfa dilədim. Siyasi qərarlara gəlinсə, bu, Abdullah bəyin müstəqil qərarıdır. Mənə görə, belə bir qərar verməsi çox yaxşı və xeyirli olar».
«Siz Abdullah Gülü fəal siyasətdə yenidən görmək istərdinizmi?» sualına isə Ərdoğanın сavabı belə olub: «Dediyim kimi, yerində verilmiş qərar olar, xeyirli olar».
Gültəkin