ABŞ Ukraynaya 120 milyon ayırdı

Birləşmiş Ştatlar təhlükəsizlik sistemini güсləndirməsi üçün Ukraynaya 120 milyon dollar yardım ayırıb. Bu barədə ABŞ dövlət katibinin müavini Entoni Blinken məlumat verib. Blinken bildirib ki, bu yardımla rəsmi Kiyev ölkənin təhlükəsizliyini təmin etməyə çalışmalıdır: «Biz bu istiqamətdə gələn təkliflərə baxırıq. Hazırda bu məsələ Konqresdə də müzakirə olunur. Belə yardımları ayırmaq üçün lazımi vəsaitimiz də var».
 
Gültəkin