Ronaldo ayaqqabı biznesinə başladı

Portuqaliyalı ulduz futbolçu Cristiano Ronaldo ayaqqabı biznesinə başlamağa qərar verib. Avropanın tanınmış ayaqqabı brendi «Portugal Footwear»lə anlaşan Ronaldo gənc oğlanlar və kişilər üçün rahat, eyni zamanda dəbli krassovka, makasin və tuflilər təqdim edəcəklərini bildirib. Bütün ayaqqabılar futbolçunun şəxsi brendi –  «CR7 Footwea» adı altında satışa çıxarılacaq. Ayaqqabıların qiyməti 99 avrodan 549 avroya qədər dəyişəcək. Yüksək qiymətlər əsasən klassik tuflilərdə olacaq. "Ayaqlarım mənim iş alətimdir. Ona görə mən ancaq yaxşı ayaqqabılara üstünlük verirəm. İndi isə bu imkanı başqaları ilə də bölüşmək istəyirəm» – deyə, ulduz futbolçu bildirib. 
 
Gültəkin