Putin korrupsiyadan narahatdır

İqtisadi böhran yaşayan Rusiya, hər gün daha ciddi problemlərlə qarşılaşır. Ölkə başcısı Putin isə bu problemləri özünün təcavüzkar siyasətinə bağlamasa da, başında dayandığı sistemin fəsadları olduğunu gizlətmir. Belə ki, Daxili İşlər Nazirliyinin təşkil etdiyi konfransda çıxış edən Rusiya prezidenti, sui-istifadə və rüşvətin Rusiya iqtisadiyyatı üçün əsas problem olduğunu bildirib. Putinə görə rüşvət və korrupsiya ilə mübarizənin olmaması iqtisadi inkişaf üçün ciddi əngəllər yaradır. Putin eyni zamanda, polisin bu əngəlləri keçməsi üçün kifayət qədər gücə sahib olduğunu bildirb: "Polis korrupsiya və rüşvətlə mübarizə aparmaq üçün kifayət qədər gücə sahibdir. Hər kəsin öz sahəsini təmizləməsi lazımdır. Sui-istifadə, cinayət yolu ilə vergilərdən yayınmaq iş dünyasının tarazlığını pozur,təmiz iş adamlarının inkişafının qarşısını alır”,- deyə Putin bildirir.

azadliq.info