Mənfəətlə işləyən bankların sayı artıb?

Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 40-ı 2015-cü ilin yanvar ayını mənfəətlə, 5-i isə ziyanla başa vurub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Xatırladaq ki, 2014-cü ilin yekunlarına görə, zərərlə işləyən bankların sayı 8 idi.
 
Ay ərzində bankların mənfəəti 70,94 milyon manat, zərəri isə 4,04 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 66,9 milyon manat təşkil edib.
Statistikaya əsasən, 40 bankın hər birinin qazancı orta hesabla 1,77 milyon manat olduğu halda, qalan 5 bank orta hesabla 0,81 milyon manat itki ilə üzləşib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə, 1 banka düşən orta mənfəət isə 0,4 milyon manat, 1 bank üzrə orta ziyan isə 0,24 milyon manat artıb.