
İraq ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasına ağır zərbələr endirilib.
ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının dəstək verdiyi əməliyyatda 40-a yaxın terrorçu öldürülüb.
İraqın qərb bölgəsində həyata keçirilən hücum zamanı İŞİD-in məşhur komandirlərindən olan Naim əl-Şaha məhv edilib.
İraq Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Fəllucə və əl-Bağdadi şəhərlərində İŞİD mövqelərinə hücumlar təşkil olunub.
Hücumlar zamanı hansı ərazilərin azad olunması ilə bağlı məlumat açıqlanmayıb. (ans)