Müəllimlərin maaş artımı təxirə salındı?

Son günlər müəllimlərə məvaciblərin artımla deyil, köhnə qaydada hesablanacağı ilə bağlı informasiya yayılır. Məlumatda məktəblərin mühasibatlığına bununla bağlı məlumat daxil olduğu və müəllimlərə maaş artımının qüvvədən düşdüyü deyilib. 
 
Bakı Şəhər Təhsil İdarəsininmətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq, hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra, diaqnostikadan keçən müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35% artacaq. Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixdən hesablanıb ödəniləcək.