ÇL -1/8: “Arsenal” və “Atletiko” məğlub oldu

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. İngiltərədə "Arsenal" "Monako"nu qəbul edib. London klubu öz meydanında 3-1 hesabı ilə məğlub olub. Qonaqlardan topları Kondogbia, Berbatov və  Fereyra, meydan sahiblərindən isə Çemberleyn vurub. 
 
Digər oyun Almaniyada baş tutub. "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"sunu sınağa çəkib. Oyun meydan sahhiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yegaanə qolu Çalhanoğlu vurub.