"Minsk razılaşmasını pozması Rusiyaya baha-başa gələcək"
ABŞ Dövlət Departamenti Ukraynanın şərqində gedən döyüşlərlə bağlı açıqlama verib. Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, rəsmi Vaşinqton Rusiyanın dəstəklədiyi separatçıların iştirakı ilə gedən hərbi əməliyyatlardan narahatdır.
Psaki bildirib ki, rəsmi Moskva Minskdə əldə olunan razılaşmanı pozarsa, bu Rusiyaya baha-başa gələcək.
"ABŞ Ukrayna münaqişəsini daim gündəmdə saxlayır. Vaşinqton Rusiyaya təsir etmək üçün bütün rıçaqlara malikdir", – deyə Psaki bildirib.
Oxşar bəyanatla Ağ Evin sözçüsü Coş Ernest də çıxış edib. O bildirib ki, hazırkı vəziyyət Avropadakı müttəfiqlərlə müzakirə olunur.


