“Təməl hüquqları inkar, xalqlara təzyiq şiddətin əsas səbəbidir”

Ağ Evdə təşkil edilən "Şiddət və ifratçılıqla mübarizə zirvəsi" adlı  toplantıda çıxış edən prezident Obama,  bir çox diqqət çəkən açıqlamalar verib. Gəncləri terrorizmə itələyən yoxsulluq, qeyri-sabitlik, sui-istifadə, təhsilsizlik və gələcəyə ümidsizlik  kimi iqtisadi amillərə diqqət çəkən Obama, bu nöqtədə beynəlxalq cəmiyyətin daha çox səy göstərməsinin lazım olduğunu bildirib. Obama, problemin siyasi tərəfinə də toxunub. Obamaya görə, hakimiyyətlərin xalqları təzyiq altında saxlamaları, insanların təməl hüquqlarını rədd etmələri, etnik və dini qrupları marjinallaşdırmaları radikallığa, şiddətə yola açan əsas  səbəbdir və buna qarşı gərəkən addımlar atılmalıdır.

azadliq.info