Bakıda minlərlə ev söküləcək
“Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən (ARDNŞ) qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə minlərlə müraciət olunub”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib.
ARDNŞ rəsmisinin sözlərinə görə, qanunsuz evlərin sökülməsi ilə bağlı ən çox Binəqədi rayonu üzrə müraciət edilib:
“Binəqədi rayonu üzrə 9392 evin sökülmsəi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-i ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.
Comərd Mustafayev həmçinin Bakı və Bakıətrafı rayonlarla görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikanı açıqlayıb: “Səbayel rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülmsəi il bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzər 179 evlə bağlı müraciət olunub, 141 evlə bağlı qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500-ə yaxın evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb”.
ARDNŞ-in balansında olan ərazilərdəki tikililərin sökülməsi Rövnəq Abdullayev neft şirkətinə rəhbər gətiriləndən sonra gündəmə gəlib. Prosesə start veriləndə isə ARDNŞ vətəndaşların sərt təpkisi ilə üzləşib. Bəlli olub ki, vətəndaşlar həmin ərazilərdə ev tikmək razılığını evlər bələdiyyələr və Binəqədi Rayon Icra Hakimiyyətindən alıb. Həmin müddət Binəqədinin icra başçısı vəzifəsində Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayev çalışırdı. Bəzi məlumatlara görə, bu məsələyə görə Rövnəq Abdullayev Alı Qocayevi ittiham edib. Alı Qocayevin Binəqədi rayonunun rəhbərliyindən uzaqlaşdırılması da bu problemlə izah edilir. Lakin hələ o vaxt Rövnəq Abdullayev tikilən evlərin sökülməsində israrlı olduğunu nümayiş etdirmişdi.
Şübhəsiz bu proses sosial partlayışa bilər. Çünki sıravi vətəndaşın həmin ərazilərdə özbaşına ev tikməsi sadəcə mümkün deyil. Vətəndaş hansısa qurumun, yaxud məmurun razılığı ilə bu addım atıb və bunun üçün ondan qeyri-rəsmi “rüsum” tələb olunub.
Məsələ ilə bağlı hüquqşünasların da rəyini öyrəndik.
Vəkil Müzəffər Baxışov bildirib ki, Bakının xüsusilə Binəqədi Sulutəpə və ərazilər var kı, o ərazilər ARDŞN-in icarəsinə verilən ərazilərdir: “Bu evlər qanunsuz tikilmiş evlər hesab olunur. Mülki Məcəllənin 180.1-ci madəsinə tikinti məqsədləri üçün ayrılmayan tikinti və şəhərsalma norma və qaydalarına əməl edilmədən tikilən evlər bütövlükdə qanunsuz hesab olunur. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə qanunsuz olaraq tikilən evlərin sahibləri hər hansı hüquq əldə etmirlər. Razıyam ki, məlum tikililərin sahiblərinin günahı yoxdu, çünki 2000-ci ildə qəbul olunan qərara görə, adı çəkilən ərazilərdə bələdiyələrə verilən xüsusi imtiyazlara görə onların dövlət mülkiyyətində olan topaq sahəsindən vətəndaşla alqı-satqı müqaviləsi bağlayıblar. Halbuki bu da qanunsuz hesab olunur. Belə halda sökülmə zamanı hansı nəticə doğacağından asılı olmayaraq, hansı narazılıqların baş verməsində asılı olmayaraq ev sahiblərinin yeganə çıxış yolu məhkəməyə müraciət etməsidir. Konkret hər hansı fiziki şəxsin bu məsələ ilə bağlı iddia qaldırmaq və ya Bələdiyyələrin prosesə cəlb olunmasına nail oluna bilər ki, bunun da nəticəsində artıt bu məslələri məhkəmə araşdıracaq. Məhkəmənin qərarından asılı olaraq konkret tədbirlər həyata keçiriləcək. Əgər məhkəmə evin sökülməsi barədə qətnamə qəbul edibsə təbi ki, söküntü işinə start veriləcək.Açıq demək lazımdır ki, evlərin sökülməsilə bağlı kompensayiya məsələsi fərqlidir. Qanunverilicikdə 22 aprel 2010-cu ildə qəbul edilən qanuna görə əgər dövlət imtiyazları üçün vətəndaşlardan torpaq sahəsi geri alınırsa bu torpaqlara özbaşına tikilmiş evlərə və həmin evlərin tikilməsi üçün sərf edilən materiallara uyğun olaraq təqribən 500 manat civarında kompensasiya ödənilməlidir”.
Vəkil Qurban Məmmədovun fikrincə də, Azərbaycanda qanunsuz tikilidən söhbət gedə bilməz. Bu ölkədə baş verən istənilən bir hərəkətdən bu hökumətin xəbəri var. Buna görə də bu məsələələrdə vətəndaşı heç cürə günahlandırmaq olmaz: “Əgər vətəndaş hər hansı Bələdiyyəyə məxsus ərazidə ev tikirsə və bu tikintiyə görə o vətəndaşa hər hansı etiraz bildirilmirsə hərəkətsizlik hesab olunur. Və yaxud Bələdiyyə orqanları əgər vətəndaşa tikinti aparmaq üçün icazə veribsə burada vətəndaşın məsuliyyətindən söhbət gedə bilməz. Burada vətəndaşın kompensasiyası bazar qiymətinə uygun mütləq qaydada ödənilməlidir. Əgər bu baş verməzsə vətəndaşın hüquqi borcudur ki, müvafiq Bələdiyyələrə qarşı məhkəmə iddiası qaldırsın və haqqını tələb etsin”.