Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, tapşırığa görə, həmin rayonlarda fəaliyyət göstərən şadlıq sarayları 1 ay ərzində toy sifarişlərindən imtina etməlidir. Məlumatda deyilir ki, onlara bildirilib ki, bu, olimpiya oyunları zamanı ərazidə sıxlığın qarşısını almaq üçün görülən tədbirlərdən biridir. “Deyirlər ki, olimpiya oyunları əsasən bu rayonların ərazilərində keçiriləcək. Hüquq-mühafizə orqanlarına həmin ərazilərdə sıxlıq yaranmaması üçün tapşırıq verilib. Hüquq-mühafizə orqanları da hesab edib ki, həmin ərəfədə şadlıq saraylarında toy mərasimlərinin keçirilməsi sıxlıq yaranmasını şərtləndirən amillərdən biri olacaq. Ona görə də şadlıq saraylarına belə bir qadağa tətbiq ediblər”, – deyə məlumatı verən mənbə bildirib.
Şadlıq saraylarına Olimpiya zərbəsi
•


