“Yeni ittihamlar vecimə də deyil”

Xədicə İsmayıl vəkil vasitəsilə ictimaiyyətə ismarış göndərib

Vəkil Yalçın İmanov fevralın 18-də Bakı İstintaq Təcridxanasında araşdırmaçı-jurnalist Xədicə İsmayılla görüşüb. Bu barədə vəkil özünün facebook səhifəsində məlumat yayıb.
Xədicə İsmayıl vəkil vasitəsilə ona qarşı irəli sürülən yeni ittihamlara münasibətini ictimaiyyətə çatdırıb. Fevralın 13-də Xədicə İsmayıla CM-nin 179.3.2, 192.2.2, 213.1 və 308.2-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Yeni ittihamlar vecimə də deyil, mənim burda olmağım hakimiyyətin məndən qorxduğunu göstərir. Yeni ittihamlar hüquq-mühafizə orqanlarının nə qədər absurda yuvarlandığını göstərdi. Mənim göstərmək istədiklərimi dünyaya göstərdiklərinə görə Əiliyev rejiminə minnətdarlıq edirəm”, – deyə Xədicə İsmayıl bildirib.