“Dünya bir daha Putini tanıdı” FOTO

Hərbi formasını geyən Ukrayna prezidenti Petro Poroşenko, Rusiya meyilli separatçıların hücumuna məruz qalan Debaltseve şəhərindən  Artemovska çəkilən Ukrayna əsgərlərini ziyarət etdib. Poroşenko, əsgərlərə cəsarət və göstərdikləri qəhrəmanlıqlardan dolayı minnətdarlığını bildirib: "Belə bir silahlı qüvvələrin baş komandanı olmanın xoşbəxtliyini və qürurunu yaşayıram. Bizlər öz toprağımızı qoruyuruq. Sizin hər birinizə cəsarət və qəhramanlığınza görə minnətdaram”.Minsk  sülh razılaşması və Debaltsevedəki son vəziyyəti qiymətləndirən Poroşenko, dünyanın bir daha Putinin üzərinə götürdüyü öhdəlikləri yerinə gətirmədiyinə şahid olduğunu deyib. Poroşenko eyni zamanda,  Mukaçev dağ-piyada briqada Komandiri Sergey Şaptalayı  “Ukrayna Qəhrəmanı”nişanı ilə təltif edib. 

azadliq.info