İlham Əliyev ABŞ-la niyə razılaşdı?

Bildiyimiz kimi, fevralın 17-də ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nulandın Bakıya gözlənilən səfəri reallaşdı. Səfər çərçivəsində Viktoriya Nuland, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin təmsilçilərilə görüş keçirdi.Gürcüstan və Ermənistan cəmiyyətindən fərqli olaraq, Azrbaycan camiyyəti  bu görüşdə daha çox ölkədəki demokratik vəziyyətin, insan haqlarının hazırkı durumunun əsas müzakirə mövzusu olacağını gözləyirdi. Sonradan İravana və Tiflisə yollanan Nuland, Bakıda prezident İlham Əliyevlə görüşündən sonra cəmiyyətin gözləntilərinə uyğun bir sıra diqqətçəkən açıqlamalar verdi. Səfərinin sonunda brifinq keçirən Nuland, prezident İlham Əliyevlə əsasən Azərbaycanda insan haqlarının hazırkı vəziyyətini, vəziyyətdən çıxış yollarını müzakirə etdiklərini və bu istiqamətdə müəyyən razılığa gəldiklərini bildirdi. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Nulandın İlham Əliyevlə görüşünə, görüşdə demokratikləşmə istiqamətində əldə olunan müəyyən razılaşmalara münasibət bildirib. Fuad Qəhrəmanlı şəxsi “facebook” səhifəsində görüşün nəticələrini belə şərh edib:

“ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nulandın İlham Əliyevlə görüşü zamanı əldə olunmuş razılaşma əhəmiyyətli sayıla bilər. Bu razılaşmalar iki ölkə arasında dialoq mühitinin yenidən bərpa olunmasına imkan yardır. 
Nulandla görüşdə İlham Əliyev ABŞ-n təklif etdiyi demokratiyaya dair iki tərəfli dialoqun başladılması və bu məqsədlə yükəsk səviyyəli strukturun yaradılması təklifi ilə razılaşıb. 
Bu nə deməkdir?
1) ABŞ artıq Azərbaycanda demokratik proseslərin taleyinə xüsusi önəm verdiyini və bu məsələni ən yüksək səviyyədə diqqətdə saxladığını göstərmək üçün iki ölkə arasında dialoqu həyata keçirəcək mexanizmin-strukturun yaradılmasını təklif edib.
2) Bir müddət bundan öncə ABŞ dövlət Katibi Kerinin İlham Əliyevlə telefon danışığından sonra "Azadlıq"radiosunun bağlanması iqtidarın ABŞ-n demokratiya tələblərinə verdiyi cavab hesab olunurdu. Bunun da nəticəsində ABŞ-da Azərbaycan iqtidarına qarşı sanksiyalar məsələsi gündəmə gətrildi və mesaj verildi ki, bu cür ərköyün davranışa görə sanksiya qərarı verilə bilər. Bu mesajın təsirdir ki, Nullandla görüşdə İlham Əliyev demokratiya sahəsində dialoq həyata keçirəcək mexanizmin yaradılmasına razılıq verdi. Hazırkı mövqe hakimiyyətin ABŞ-la əvvəlki sərt qarşıdurma kursundan geri çəkilməsi hesab oluna bilər.
3) İki ölkə arasında demokratiya sahəsində dialoq həyata keçirəcək qurumun yaradılması ABŞ-n Azərbaycan iqtidarının verdiyi vəd və sözlərə inamsızlığının nəticəsidir.Ona görə də Amerika bu yolla demokratik prosesin dəstəklənməsinə nail olmağa çalışır. Deməli, Amerika bu qurum vasitəsi ilə ölkəmizdə demokratik proseslərə təsir etmək imkanı verən mexanizmə sahib olur. Bu da təbii ki, öncə ölkəmizdə demokratik proseslərin inkişafına müsbət təsir göstərəcək”.