Ermənistan Sürix protokollarından imtina etdi

Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə ilə diplomatik münasibətlərlə bağlı Ermənistan-Türkiyə protokollarını geri çağırmaq qərarına gəlib. RİA Novosti-nin məlumatına görə, bu barədə Ermənistan dövlət başçısının saytında deyilir.

Sərkisyan Türkiyə prezidentinə göndərdiyi məktubda qeyd edib ki, protokolların imzalanmasından təqribən 6 il keçsə də, onlar nəticə verməyib.

Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan iki ölkə arasında əlaqələrin normallaşdırılması haqqında protokollar imzalamışdılar. Lakin protokollar ölkənin parlamentlərində ratifikasiya edilməyib.